Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb - FOTO

YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb - FOTO

Tarix: 2 Avqust 2022 20:28

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  YAP ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ