Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 22:58
"Çinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavabı güclü və qüvvətli olacaq".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Tsin Qan deyib.
"Biz cavab vermək, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox möhkəm, güclü və qüvvətli olacaq", - deyə o bildirib.
Diplomat qeyd edib ki, Pelosinin Tayvana səfəri regionda gərginliyin artmasına gətirib çıxaracaq.
"Onun istənilən formada və istənilən vaxt səfəri son dərəcə ağrılı siyasi reaksiyadır və Tayvan boğazında və ABŞ və Çin arasında münasibətlərdə gərginliyin artması ilə nəticələnəcək", - Qan bildirib.