Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftimizin qiyməti yenə düşdü

Neftimizin qiyməti yenə düşdü

Tarix: 3 Avqust 2022 10:04

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 1,3 % azalaraq 104,57 ABŞ dolları təşkil edib.

Bu barədə report-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 100,04 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Etiketlər:  Neftimizin qiyməti yenə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ