Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 08:39
Avqustun 5-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzulardan biri Qarabağla bağlı ola bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya-Türkiyə Sosial Forumunun baş katibi və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov iki liderin görüşündə müzakirə olunacaq məsələləri dəyərləndirərkən deyib.
"İlk növbədə tərəflərin müzakirə edəcəyi mövzu ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarından birgə yayınma məsələsidir. İkinci taxılla, üçüncü məsələ isə Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı ola bilər. Fikrimcə, Rusiya bir tərəfdən Türkiyənin təhlükəsizlik sahəsindəki maraqlarını nəzərə almaq, digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verə biləcək münaqişənin qarşısını almaq üçün Türkiyə ilə bərabər sülhü qorumaqla bağlı müxtəlif variantlar hazırlamaqda maraqlıdır.
Dördüncü məsələ Qarabağ problemidir. Hazırda bölgədə toqquşmalar yenidən başlayıb. Bununla belə, Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətdə birgə iştirak edir.
Beşincisi, nüvə enerjisi sahəsində əməkdaşlıqdan tutmuş turizmə qədər iqtisadi məsələlər bütün müzakirə olunacaq məqamlara daxil ola bilər".
Markov iki lider arasında keçiriləcək görüşün bütün dünyaya qarşılıqlı siyasi anlaşma nümunəsi göstərəcəyini bildirib.