Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ağakərimin vəziyyətində irəliləyiş yoxdur”

“Ağakərimin vəziyyətində irəliləyiş yoxdur”

Tarix: 5 Avqust 2022 09:30

Uzun müddətdir səhhətində problem olan meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəziyyətində bir dəyişiklik yoxdur.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Ağamirzə Məmmədov məlumat verib.

O bildirib ki, söz ustasının müalicəsi davam edir:

"Amma bir irəliləyiş görünmür. Mən xeyli vaxtdır yanına getmirəm. Gedəndə də salam verirəm, o da uzanmış olur. Haradasa 10 dəfə təkrar edəndən sonra cavab verir. Beş-üç dəqiqə baxıb qayıdıram. Otura bilmir, dura bilmir. Danışanda da başa düşülmür. Söz deyəndə o, səni anlamır, cavab vermir".

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Ötən il isə yenidən insult keçirib.

Milli.Az


Etiketlər:  Ağakərimin vəziyyətində irəliləyiş yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ