Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda 4 otaqlı ev yanıb - Qaz sızmasına görə

Cəlilabadda 4 otaqlı ev yanıb - Qaz sızmasına görə

Tarix: 25 Sentyabr 2019 10:03

Bakı. Samir Əli - Trend:

Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Azəriqaz" istehsalat Birliyindən Trend-ə bildirilib ki, Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Ev sahibi isə yanıq xəsarətləri alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cəlilabadda otaqlı yanıb sızmasına görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ