Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 15:40
ABC News yazır ki, rusiyalı milyarder Aleksandr Abramov ("Evraz"ın həmsahibi) Avstraliyanın xarici işlər naziri Penny Vongu məhkəməyə verib.
Sonxeber.net bildirir ki, iddiaya səbəb ona qarşı tətbiq edilən sanksiyalar olub, Abramovun sözlərinə görə, bu, onun nüfuzuna xələl gətirib. İş üzrə məhkəmə iclası keçirilib və həmin iclasda Abramovun vəkili Ron Merkel də bildirib ki, onun nüfuzuna xələl gətirməklə yanaşı, müvəkkili maddi itkilərlə də üzləşib.
Milyarder məhdudiyyətlərin aradan qaldırılmasına nail olmaq istəyir və qeyd edib ki, Avstraliyadan başqa heç bir ölkə ona qarşı analoji məhdudiyyətlər tətbiq etməyib. "Əslində demək istədiyimiz odur ki, nazirin yanaşması səhvdir", - deyən Merkelin vəkili Avstraliya sanksiyalarının Abramovun Yeni Zelandiyadakı fəaliyyətinə də təsir etdiyini bildirib.
Abramova qarşı sanksiyalar aprelin əvvəlində elan edilib, bunlar maliyyə məhdudiyyətləri və ölkəyə giriş qadağasıdır. Ümumilikdə, qərar Moskvanın Ukraynadakı hərbi əməliyyatında rolu olduğu deyilən 67 fiziki şəxsi əhatə edir.
İrfan Vəliyev