Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə İsrailin hərəkətlərini pisləyir

Türkiyə İsrailin hərəkətlərini pisləyir

Tarix: 7 Avqust 2022 19:16

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

"Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib".

Türkiyə XİN bu hadisələri şiddətlə qınadığını deyib.


Etiketlər:  Türkiyə İsrailin hərəkətlərini pisləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ