Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2022 22:36
ABŞ hökuməti Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini böhran yaratmaq və regionda hərbi mövcudluğunu artırmaq üçün planlaşdırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi deyib.
"Birləşmiş Ştatların Pelosinin gözlənilməz səfərini planlaşdırarkən yenidən köhnə hiylə işlətdiyinə və indi bölgədə hərbi mövcudluq yaratmaq fürsətindən istifadə etdiyinə dair əlamətlər var. Bu da bütün tərəflərin sayıq olmasını və sərt cavab verməsini tələb edir", - deyə o bildirib.