Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 07:22
Donbasda vəziyyət çox ağır olaraq qalır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
"Donbasda vəziyyət çox ağır olaraq qalır. Ordumuz rus qoşunlarının qarşısını almaq və onlara ən böyük itki vermək üçün əlindən gələni edir. Təəssüf ki, çoxlu insan həyatını itirir", - deyə Ukrayna dövlətinin başçısı bildirib.
O əlavə edib ki, Rusiya qoşunlarının qüvvələrini cəmləşdirməyə çalışdığı Xarkov vilayətində və Ukraynanın cənubunda da vəziyyət ağırdır.