Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 14:20
"Top Gun: Maverick" filmi ABŞ-ın kinoprakatında ən çox gəlir gətirən filmlər siyahısında "Titanik" dramını geridə qoyub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda Tom Kruzun yeni layihəsi daxili bazarda 662 milyon dollar qazanaraq reytinqdə yeddinci yerdədir.
Eyni zamanda, dünyanın ən çox gəlir gətirən filmləri siyahısında "Top Gun: Maverick" hələ də 1,35 milyard dollar nəticə ilə 13-cü sıradadır.
Layihənin elan edilmiş büdcəsi 140 milyon dollardır.
Ekşn filminin premyerası mayın sonunda baş tutub.
Qeyd edək ki, "Top Gun: Maverick" Tom Kruzun karyerasında ən çox gəlir gətirən filmdir.