Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Oskar”lı aktrisa Ukraynaya səfər edib

“Oskar”lı aktrisa Ukraynaya səfər edib

Tarix: 8 Avqust 2022 14:30

Hollivud aktrisası Cessika Çesteyn Ukrayna xalqı ilə həmrəyliyini ifadə etmək və Rusiyanın başlatdığı müharibədə ölkəni dəstəkləmək üçün Kiyevə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, uşaq xəstəxanasını ziyarət edən aktrisa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

O, həmçinin İrpinə yollanmağı da planlaşdırır.

Qeyd edək ki, Çesteyn Ukraynada müharibə başlayandan bəri ölkəyə səfər edən yeganə Hollivud ulduzu deyil. Bundan əvvəl Ancelina Coli və Şon Penn də ölkəni ziyarət ediblər.

Milli.Az


Etiketlər:  Oskarlı aktrisa Ukraynaya səfər edib


RƏYLƏR