Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 21:58
Almaniya Ukraynaya Avropa İttifaqından (Aİ) 8 milyard avroluq makromaliyyə yardımının ayrılmasına kömək edəcəyinə söz verib.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Qeyd edək ki, D.Şmıqal Almaniyanın maliyyə naziri Kristian Lindnerlə onlayn görüş keçirib.
Almaniyalı nazir Ukraynaya makromaliyyə yardımı almaqda kömək edəcəyinə söz verib.
D.Şmıqal həmçinin xatırladıb ki, Almaniya müharibənin ilk günlərindən Ukraynaya böyük miqdarda maliyyə yardımı ayırıb.