Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum” - FOTO

“Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum” - FOTO

Tarix: 9 Avqust 2022 04:35

"Hazırda adaptasiya dövrü məni sosial şəbəkədən uzaq salıb. Hamiləlikdə son günə qədər işlədiyim üçün indi övladıma sevgi verməkdən başqa heç nəyə halım yoxdur".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri "Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə sosial şəbəkə hesabında paylaşıb.

Yenicə qız övladı dünyaya gətirən musiqiçi analıq hissini bu cür ifadə edib.

"Ailəm üçün darıxdığımı bu günlərdə daha çox hiss edirəm. Özümü sanki indi oyanmışam kimi hiss edirəm. Amma övladımla bərabər mən də yenidən doğuldum".

Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Fəridin isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.

Milli.Az


Etiketlər:  Qurdun xanımı Övladımla bərabər mən yenidən doğuldum FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ