Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazanılmış toksiplazmoz

Qazanılmış toksiplazmoz

Tarix: 9 Avqust 2022 08:27

Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi halsızlıq, əzələ və oynaq ağrıları bir-neçə həftə və ya bir-neçə ay davam edə bilir. Xəstəliyin kəskinləşməsi zamanı isə aşağıdakı əlamətlər meydana çıxır:
- hərarətin yüksəlməsi
- üşütmə
- limfopadenopatiya.
Qazanlmış toksiplazmoz zamanı xəstələrin dərisində səpgilər meydana gəlir, dabanda, əlin içərisində, başın tüklü hissəsində səpgilərə rast gəlmək olmur. Ümumi yoluxucu xəstəlik əlamətləri ilə yanaşı müxtəlif üzvlərin yoluxmasının göstərən klinik mənzərə qeyd edilir. Yəni xəstələrdə miokardit, pnevmoniya, ocaqlı nekrotik nefrit, hepatit inkişaf edə bilir.
Qazanılmış toksiplazmoz mərkəzi sinir sisteminin yoluxmasına səbəb olduqda meningit, ensefalit, meninqoensefalit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstələrdə ümumi beyin və meningial əlamətlər meydana çıxır ki, bu da parez, iflıc, tonik qıcolmalar, gözün hərəki pozulmaları və koordinator pozulmalar şəklində özünü biruzə verir. Bunlardan başqa xəstələrdə aşağıdakı patologiyalara da rast gəlinir:
- şüur pozulmaları
- letargiya
- yaddaşın pozulması
- məkan daxilində oriyentasiyanın itirilməsi
- anemiya
- lekositoz.
Xəstəliyə diaqnozun qoyulmasında KT zamanı aşkarlanan abseslər, kalsinatlar, hidrosefaliyanın olması və qanın analizləri zamanı toksiplazmoz agentinin müəyyən olunmasının rolu böyükdür. Limfa düyünü və əzələnin bioptatında törədicinin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.
Müalicə xloridin və sulfadimezinin kompleks təyini ilə aparılır. Müalicə 5-10 gün aparılır, sonra 10 gün fasilə verilib yenidən 2 dəfə davam etdirilir.


Etiketlər:  Qazanılmış toksiplazmoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ