Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 13:04
“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasının qrupuna vəsiqə qazanmayacağı halda, böyük maliyyə itkisinə məruz qalacaq.
Qol.az “Manchester Evening News”a istinadən xəbər verir ki, klubun “Adidas” şirkəti ilə imzaladığı sponsorluq müqaviləsinə əsasən, MY 2 il ÇL-də qrupda oynamasa, gəlirinin 30 faizindən məhrum olacaq. Müqavilədəki bu şərt isə gələn ildən qüvvəyə minə biıər. Çünki ötən mövsüm komanda Premyer Liqanı altıncı yerdə tamamlayıb və cari mövsüm Avropa Liqasının qrupunda oynayır.
“Adidas” hər il MY-ə 75 milyon funt (təqribən 85 milyon avro) ödəyir. Əgər onlar ÇL-in qrupuna yenə vəsiqə qazanmasa, o zaman ödənilən məbləğ 52,5 milyon funta (59 milyon avro) kimi azalacaq.