Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" 2 ulduz futbolçu transfer etdi

Tarix: 9 Avqust 2022 13:46

"Qalatasaray" heyətini iki məşhur futbolçu ilə gücləndirib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi belçikalı futbolçu Dris Mertens və uruqvaylı oyunçu Lukas Torreyranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Sarı-qırmızılar" "Napoli"dən ayrılan 36 yaşlı hücumçu ilə 1+1 illik sözləşmə imzalayıb. O, İstanbul klubuna azad agent kimi keçib.

"Cim -Bom" "Arsenal"dan heyətinə qatdığı Torreyra ilə isə 2026-cı ilə qədər müqavilə imzalayıb. Türkiyə klubu uruqvaylı yarımmüdafiəçi üçün "topçular"a 6 milyon avro ödəyəcək.

Milli.Az


Etiketlər:  Qalatasaray 2 ulduz futbolçu transfer etdi


RƏYLƏR