Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib

Tarix: 1 May 2019 17:28

Bakı. Trend:

Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 216 nömrəli müntəzəm marşrut xəttinin son dayanacaq məntəqəsi dəyişdirilib. Sabahdan 216 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Balaxanı Sənaye Parkınadək hərəkət edəcəklər.

Bununla da Balaxanı Sənaye Parkı istiqamətində yaşayan sakinlərin və həmin ərazidə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi təmin ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  avtobusların hərəkət sxemində dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ