Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron və Conson Ukraynaya hərbi və iqtisadi yardımı müzakirə ediblər

Makron və Conson Ukraynaya hərbi və iqtisadi yardımı müzakirə ediblər

Tarix: 10 Avqust 2022 07:56

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya hərbi, humanitar və iqtisadi yardımların göstərilməsini müzakirə ediblər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Yelisey sarayının yaydığı bəyanatında deyilir.

Ukrayna münaqişəsi fonunda ərzaq böhranını müzakirə edən liderlər taxılın dəniz yolu ilə ixracına dair Avropanın səylərini dəstəklədiklərini bildiriblər.

Tərəflər Tayvan ətrafındakı vəziyyəti də müzakirə edərək, bu mövzuda "Yeddilik" ölkələrinin birliyini qeyd edərək, Çinin hərəkətləri və lazımsız eskalasiya riski ilə bağlı ümumi narahatlığı ifadə ediblər. Bundan əlavə, Conson və Makron La-Manş boğazında qanunsuz miqrantlarla mübarizə məqsədilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və tezliklə Britaniya-Fransa sammitinin keçirilməsi məsələsini qaldırıblar.

Milli.Az


Etiketlər:  Makron Conson Ukraynaya hərbi iqtisadi yardımı müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ