Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq xəstəlikləri və fitoterapiya

Bağırsaq xəstəlikləri və fitoterapiya

Tarix: 11 Avqust 2022 07:42

Qeyri-spesifik xoralı kolitin müalicəsində fitoterapiyanın tətbiqi xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, bağırsaqda olan eroziyaların sağalmasını sürətləndirir, qan itkisinin, anemiyanın qarşısını alır. Bitki müalicəsi aldıqda bəzən xəstələrdə remissiya baş verir və uzun müddət davam edir. Xəstəliyin kəskinləşdiyi dövrdə xəstəyə yataq rejimi və pəhriz təyin edilir. Pəhriz kalorili olmalı, həzm sistemini qıcıqlandırmamalı, asan həzm olunan olmalıdır. Bağırsaq xəstəlikləri zamanı xəstələrə aşağıdakı bitki çayları məsləhət görülür:
Polivitamin çayı.
-3 hissə itburnu çayı
-2 hissə qaragilə
-2 hissə meşə gilası götürülür, 2 stəkan qaynar suda 2 saat dəmə qoyulur, gündə 1 stəkan isti halda içilir.
Xəstəliyin erkən mərhələsində:
1 xörək qaşığı bağayarpağının üzərinə yarım stəkan qaynaq su tökülür, 30 dəqiqə dəmlənir, süzüldükdən sonra, gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Aptek çobanyastığı çıçəyi, dazıotu, istiotlu nanə yarpağının hərəsindən 1 hissə götürülür, 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə yarım stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Selikli və qanlı ishal olduqda kövrək murdarça otu, boymədəran, bağayarpağı yarpağı, istiotlu nanə yarpağı hərəsindən 1 hissə olmaqla götürülüb qarışdırılır. Qarışımdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənib, gündə 3 dəfə hər dəfə 2 xörək qaşığı qəbul edilir.


Etiketlər:  Bağırsaq xəstəlikləri fitoterapiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ