Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 11:40
Xalq artisti Nazpəri Dostəliyeva şok etiraf edib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, ATV-də yayımlanan "Günün sədası" verlişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatından danışıb.
Belə ki, müğənni bildirib ki, "Nə olar Allahım" mahnısında çəkilən Ramiz bəyə sevgilim deyə müraciət edir:
"Onu deyə bilərəm ki, "Nə olar Allahım" mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim" deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da ailəsini də çox istəyirəm. ( Gəzərkən yolda gülləri görüb gülümsəyir )
Mən gülləri çox sevirəm. Hətta öz bağımda hər cür gül yetişdirirəm. Mənim "qadın xoşbəxtliyi" adlanan gülüm də var. Mənim keyfim olmayanda həmin güllər solur. Sevgi barədə onu deyə bilərəm ki, sevgisi olmayan insan yoxdur. Mənə qarşı olan bu qədər sevgi-xalq sevgisi məyər qarşılıqsızdır? Onda mən nankor olaram ki,..."
Xalq artisti əməliyyat etdirən insanlar barəsində də danışıb:
"Əməliyyat etdirən insanlar da 2 cür olurlar. Bəziləri sadəcə öz istəkləri üçün edirlər. Bəzilərinə isə həqiqətən lazımdır. Hətta ehtiyacım olanda mən də gedəcəm. Mən əməliyyat etdirməmişəm. Etdirsəm bunu hamı biləcək. İndi jurnalistlər eşidəcəklər ki, "Nazpəri xanım əməliyyata girəcək." ( gülür)
Aparıcının "Niyə mühafizəçi ilə gəzmirsiz"? sualına isə müğənni belə cavab verib:
"Müğənninin konsertində mühafizəçi olar. Amma belə sağımda biri, solumda biri gəzdirmək sevmirəm. Qəti şəkildə ona ehtiyac görmürəm. Cangüdən tutmaq mənim üçün ayıb olar. Əgər biri məni öldürmək istəsə, əminəm ki, onun yan-yörəsindəki insanlar buna icazə verməyəcəklər. Sənətə gələndə bir sənəti qorumaq , bir də insanlığı qorumaq lazımdır. Xalqımızı və musiqimizi qorumalıyıq. Cangüdənə isə heç vaxt ehtiyac yoxdur. Hətta yadıma gəlir ki, mən Zaqatalada konsertdə olan zaman, bir oğlan özünü səhnəyə atıb məni qucaqlamaq istədi. Hətta musiqiçilər də qorxdular ki, birdən mənə zərər yetirmək istəyər. Sonra oğlanın ürəyi getdi. İnanın mənə zərər gəlsə də, sevgidən gələn zərərə də razıyam".