Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma rəhbəri: Hesab edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq

İcma rəhbəri: Hesab edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq

Tarix: 25 Sentyabr 2019 16:15

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara böyük ümidlər bəsləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev vurğulayıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü ilə bağlı ümidlər yüksəkdir: “Hesab edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq”.

Onun sözlərinə görə, danışıqların potensialı tükənmədiyi təqdirdə bu danışıqların davam etməsi və münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün imkanlardan istifadə edilməsi çox mühüm əhəmiyyətə malikdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcma rəhbəri Hesab edirik danışıqlar konkret nəticələrə gətirib çıxaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ