Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur ulduz dəbdəbəli mülkü 30 milyon dollara satır

Məşhur ulduz dəbdəbəli mülkü 30 milyon dollara satır

Tarix: 11 Avqust 2022 18:00

Amerikalı aktyor Ben Afflek Los-Ancelesdəki dəbdəbəli mülkündən qurtulmaq qərarına gəlib.

Milli.Az bildirir ki, "Dirt"in məlumatına görə, o, "Pacific Palisades"in nüfuzlu yaşayış massivindəki evi 29,9 milyon dollara satışa çıxarıb.

Evin sahəsi 1,2 min kvadratmetrdir. İçərisində yeddi yataq otağı və doqquz vanna otağı, həmçinin yemək otağı, mətbəx, kaminli qonaq otağı, ofis, sağlamlıq otağı, ev kinoteatrı və idman zalı və şərab soyuducusu olan zirzəmi var. İnteryer bej tonlarında bəzədilib, taxta döşəmələr və tam divarlı pəncərələr var.

Qonaq otağından iki terrasdan birinə çıxmaq olar. Əlavə olaraq ərazidə üzgüçülük hovuzu və ayrıca mətbəxi və vanna otağı olan qonaq evi var. Torpaq sahəsi 0,2 hektardır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur ulduz dəbdəbəli mülkü milyon dollara satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ