Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 16:28
"Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb.
Qol.az Bolqarıstan Futbol İttifaqının saytına istinadən xəbər verir ki, baş məşqçi Krasimir Balakov Avro-2020-nin seçmə mərhələsinin Monteneqro və İngiltərə ilə oyunları üçün 26 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib.
Qeyd edək ki, Bolqarıstan millisi oktyabrın 11-də Monteneqro ilə səfərdə, oktyabrın 14-də İngiltərə ilə Sofiyada qarşılaşacaq.