Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İçkili vəziyyətdə tabuta uzandı, diri-diri basdırdılar

İçkili vəziyyətdə tabuta uzandı, diri-diri basdırdılar

Tarix: 11 Avqust 2022 21:42

Boliviyadakı hadisə eşidənləri şoka salıb. İçkili vəziyyətdə tabuta uzanan şəxs təsadüfən diri-diri basdırılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu günlərdə Boliviyanın bölgələrinin birində ənənəvi törən keçirilib.

Həmin mərasimə əsasən simvolik olaraq boş tabut ana torpağa qurban verilir. Mərasim zamanı spirtli içki qəbul edən 30 yaşlı Mika Alvaresin yataqla tabutu səhv salaraq onun içərisinə girərək, yuxuya gedib. Mərasim iştirakçıları tabutun içinin yoxlamadan onu dəfn ediblər.

Təbii ehtiyacını ödəmək istəyən zaman gözlərini açan Mika Alvaresin özünü dəfn edilmiş tabutun içərisində görüb. Bütün gücünü toplayıb torpağın altından çıxan gənc kişi xəstəxanaya yerləşdirilib. O, başına gələn hadisəyə görə şikayətçi olub.

Milli.Az


Etiketlər:  İçkili vəziyyətdə tabuta uzandı diri diri basdırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ