Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 07:20
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatlarını açıqlamamağa çağırıb.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.
"Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi bir o qədər yaxşı olar", - o, deyib.
"Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz", - Prezident əlavə edib.