Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 17:24
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya kubokunda mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun yarımfinaldakı rəqibi bəlli olub.
Qol.az xəbər verir ki, 32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav qarşılaşacaq. Vaşye-Laqrav 1/4 finalda ermənistanlı Levon Aronyanı məğlub edib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları 26 - 28 sentyabrda keçiriləcək. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.