Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2019 17:56
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti valiliyinin ictimai əlaqələr şöbəsinin baş direktoru Cavad Salarzehi deyib.
C.Salarzehinin sözlərinə görə, hadisəyə səbəb güclü külək olub. Belə ki, külək nəticəsində relslərin üzəri qumla örtülüb və vaqonlardan biri aşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin