Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konqresmenlərə “TikTok” xəbərdarlığı

Konqresmenlərə “TikTok” xəbərdarlığı

Tarix: 12 Avqust 2022 15:08

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən "TikTok" sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı "TikTok"u təhlükəli və arzuolunmaz proqram hesab edir.

"Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik", - Palata üzvlərinə göndərilən məktubda deyilir.

Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin işini məhdudlaşdırmaq təşəbbüsünü dəstəkləyən bir çox qanunvericilər seçki kampaniyası zamanı gənc seçicilərə təsir etmək üçün özləri "TikTok"dan istifadə etməyə başlayıblar.


Etiketlər:  Konqresmenlərə TikTok xəbərdarlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ