Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Çin onillərdir bu savaşa hazırlaşır - Kuznetsov

Tarix: 12 Avqust 2022 17:16

Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır. Ona görə də bu məsələ yalnız Tayvanla bitməyəcək.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

"Əsrin son onilliklərində Çin-Amerika qarşıdurmasının əsas arenası Asiya-Sakit okean regionu deyil, Çinin iqtisadi və siyasi ekspansiyasını çox uğurla həyata keçirdiyi Afrika qitəsi olub. Məhz Çin İran neftinin əsas istehlakçısıdır. Və Çin Yaxın Şərq regionunda antiamerikan əhval-ruhiyyəni və hərəkətləri stimullaşdırmaq üçün bir çox rıçaqlara malikdir", - deyə hərbi ekspert bildirib.

Kuznetsov Qırmızı dəniz sahilində, Süveyş kanalının yaxınlığında yerləşən Cibutidəki Çin hərbi bazasını da xatırladıb:

"Bir sözlə, Çin illərdir ABŞ-la qarşıdurmaya hazırlaşır, ona görə də açıq-aşkar Tayvanla bu məsələ bitməyəcək. Vəziyyətə məhz belə bir baxış kontekstində ən maraqlı və aktual olan yalnız bir sualdır: Nensi Pelosinin Tayvana səfərinə rəsmi Pekinin reaksiyası necə olacaq? Heç kimin zərrə qədər də şübhəsi yoxdur ki, bu, çox güclü reaksiya olacaq. Bütün dünya sözün əsl mənasında bunun nəcə olacağını gözləyərək "donub" qalıb".


Etiketlər:  Çin onillərdir savaşa hazırlaşır Kuznetsov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ