Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbəkə niyə yoxa çıxıb? - Burada hamı əlində telefon, dalğa axtarır - VİDEO

Şəbəkə niyə yoxa çıxıb? - Burada hamı əlində telefon, dalğa axtarır - VİDEO

Tarix: 12 Avqust 2022 17:46

2022-ci il... Artıq dünyada kosmosa turist göndərilməsi məsələrindən danışılır. Bu xəbərlər verilir. Tovuzun dağ kəndlərində isə sakinlər əllərində telefon mobil şəbəkə siqnalı axtarışına çıxırlar. 

Telefon əlində şəbəkə axtarışındadır. Vətəndaşın kiminləsə telefonla əlaqə qurması onu metrlərlə  yol qət etməyə məcbur edir. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mövcud vəziyyət Tovuz rayonunun ucqar dağ kəndlərinin demək olar ki, hamısını əhatə edir. Burada mobil operatorların dalğa ötürücü şəbəkələri olsa da yenə də sakinlər problemlə üzləşirlər.

Şəbəkə tutan yüksəklik ərazilərdə isə qeyri-sabit hava şəraiti və elektrik enerjisinin verilməsində yaranan fasilələr də şəbəkəni tamamılə dayandırır. Beləliklə minlərlə sakinin dünya ilə mobil əlaqəsi kəsilir. Mobil şəbəkədə yaranan problemlər yerli sakinlərlə yanaşı turistik zonalara istirahətə gəln insanların da istirahətinə mənfi təsir edir. Bu da öz növbəsində turizmin inkişafından da təsirsiz ötüşmür.

Problemlə bağlı ünvanladığımız sorğuya  mobil operatorlardan birindən bildirildi ki,  ölkə ərazisində  hava şəraiti, ərazinin relyef xüsusiyyətlərindən, eləcə də, kənd-qəsəbənin sərhəd zolağında yerləşməsindən asılı olaraq siqnalların ötürülməsində müəyyən gecikmələr baş verə bilər. Eyni zamanda, telefon danışığı zamanı qeyd olunan  Tovuz rayonunda şəbəkə ötürücü texnologiyaları şirkət  tərəfindən qurulub və getdikcə stansiyaların sayının artırılması üzrə işlər davam etdirilir. Ümid edirik ki, digər operatorlar da bu istiqamətdə müvafiq addımlar ataraq əhalinin daha rahat mobil imkanlardan faydalanmağına yardımçı olacaq.

Milli.Az


Etiketlər:  Şəbəkə niyə yoxa çıxıb Burada hamı əlində telefon dalğa axtarır VİDEO


RƏYLƏR