Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2022 22:22
ABŞ-ın sabiq prezidenti, Donald Trampın malikanəsində axtarışlar zamanı 11 məxfi sənəd tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" xəbər yayıb.
Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma zamanı sənədlərin bəzliərində "tam məxfi" sözləri qeyd olunub.
Günün əvvəlində FTB-nin Trampın mülkündə nüvə silahı ilə bağlı məxfi sənədlər üçün axtarış apardığı bildirilmişdi.
Avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkünə basqın edib.
Axtarışlar eks-prezidentin Ağ Evdən götürdüyü iddia edilən sənədlərlə bağlı ola bilər. Bununla belə, Vaşinqton vəziyyətdən xəbərsiz olduğunu bildirib.