Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 12:08
Elbrus dağlarında ilk dəfə turist qadın 3,8 min metr hündürlükdə uşaq dünyaya gətirib.
Qadın kanat yolu ilə dırmaşarkən doğum sancıları başlayıb. Xilasedicilərin qadının yanına çatması çətin olduğu üçün o, Qara-Başi stansiyasında körpəni özü dünyaya gətirməli olub. Yanında ona mənəvi dəstək olan digər turistlər və işçilər də olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, turistin oğlan övladı dünyaya gəlib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, belə hal ilk dəfə baş verir: Elbrusda əvvəllər heç kim uşaq dünyaya gətirməyib.
Qeyd edilir ki, qadın hamilə olduğunu bilməyib.
Sosial şəbəkə istifadəçiləri hesab edir ki, oğlana Elbrus adı verilməlidir.