Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemin yeni döyməsi lağa qoyuldu - FOTO

Bekhemin yeni döyməsi lağa qoyuldu - FOTO

Tarix: 13 Avqust 2022 15:10

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin sonuncu paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Bruklin əlinə "Married" (evli) döyməsini etdirib. Onun bu addımını sosial şəbəkə izləyiciləri lağa qoyub.

Qeyd edək ki, Bruklin daha əvvəl həyat yoldaşı, amerikalı milyarder Nelson Peltzin qızı Nikola Peltzin soyadını sinəsinə və evlilik andını qoluna döydürmüşdü. Bekhem də illər əvvəl Viktoriyanın adını əlinin üstünə həkk etdirmişdi.


Etiketlər:  Bekhemin yeni döyməsi lağa qoyuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ