Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2022 07:54
Beyin travmaları zamanı xəstələrin əmək qabiliyyəti aşağı düşür. Əmək qabiliyyətinin aşağı olmasının dərəcəsi kəllə beyinə dəyən zərbənin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir.
Yüngül dərəcəli beyin sarsılması zamanı stasionar müalicə və yataq rejimi 2 həftəyə qədər, əmək qabiliyyətinin itirilməsi isə 1 ay davam edir.
Orta dərəcəli beyin sarsılması zamanı yataq rejimi 3-4 həftə, əmək qabiliyyətinin aşağı düşməsi isə 1,5-2 ay davam edir.
Ağır dərəcəli beyin travmaları zamanı xəstəyə yataq rejimi 1-1,5 ay, əmək qabiliyyətinin aşağı düşməsi isə 3-4 ay çəkir.
Kəllə-beyin zədələnmələri kontuziyaya səbəb olduqda isə əmək qabiliyyətinin aşağı düşməsi uzun müddətli ola bilir. Keçirilmiş kəllə-beyin travmaları xarakterindən və ağırlığından asılı olaraq bu və ya digər şəkildə xəstənin əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Travma zamanı fiziki qabiliyyətin aşağı olması xəstənin fərdi xüsusiyyətlərindən, peşəsindən və işin xarakterindən də asılı olaraq dəyişir.
Bəzən xəstənin pozulmuş funksiyalarını bərpa etmək üçün xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə asan işlə məşğul olmasını bərpa edirlər.
Əksər hallarda ağır kəllə-beyin travması alan xəstələrdə mərkəzi sinir sisteminin zədələnməsinin ağır funksional pozulmaları baş verir. Bu zaman ümumi beyin patologiyaları, dinamik pozulmalar, psixi pozulmalar, amneziya baş verir ki, bu da xəstənin əlillik dərəcəsi almasına səbəb olur.