Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi: Qışa indidən hazırlaşın

Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi: Qışa indidən hazırlaşın

Tarix: 14 Avqust 2022 15:38

Fransa hökuməti vətəndaşlara qışa indidən hazırlaşmağı təklif edib. Belə ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb.

"Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı (Fransada) artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki, ehtiyatları rekord səviyyədə aşağı səviyyədədir", - deyə Valantin bildirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altında olsa da, qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə göstərəcək. Bu səbəbdən o, indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçılara 2022-ci ilin payızında ehtiyatı bərpa etməyə təşviq edəcək bir mexanizm hazırlamağı təklif edib.


Etiketlər:  Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi Qışa indidən hazırlaşın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ