Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2022 17:46
Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistanda təlim keçmiş rusiyalı könüllülərdən ibarət yeni bölmənin Ukraynaya göndərildiyini bildirib.
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
"Bu igid gənclər Vətəni qorumağa, çoxmillətli cəmiyyətimizin mənafeyini müdafiə etməyə, fədakarlıqla döyüşə hazırdırlar. Onlar qazanc və ya şöhrət naminə deyil, qardaş xalqın azadlığı naminə bu qəhrəmanlıq yoluna qədəm qoyublar", - deyə Kadırov qeyd edib.
Onun sözlərinə görə, könüllülər Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçiblər.