Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 16:05
"Xəzər Axşamı" verilişinin aparıcısı, Əməkdar artist Könül Kərimovanın qonağı onun ifaçı oğlu Rəşad Kərimov olub.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, axşam şousunda övladı ilə duet oxuyan sənətçi ondan gileylənib.
"Sən uşaq olanda hara gedirdimsə, özümlə səni aparırdım. Artıq böyümüsən. İndi sən hara getsən, məni də özünlə apar. Nə olacaq axı? Uşaqlar böyüdükcə niyə belə edir? Bundan sonra məni özünlə aparacağına söz ver" - deyə K.Kərimova bildirib.
R.Kərimov isə anasının bu gileyinə baş sallayaraq, onu verilişinə dəvət edən anasına təşəkkürünü bildirib.
Qeyd edək ki, Könül Kərimovanın subay oğlu Rəşaddan savayı, ailəli olan Ləman adında daha bir qızı var.