Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2022 20:40
Atlantada dünya pop səhnəsinin əfsanəsi Meray Kerrinin 5,6 milyon dollarlıq malikanəsi qarət olunub.
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, 53 yaşlı müğənninin doqquz otaqlı evi keçən ay iyulun 27-də İtaliyada və Hamptonda tətil edərkən qarət edilib.
Kerrinin malikanəsindən dəqiq nə oğurlandığı hələlik məlum deyil. Nəşr araşdırmanın hələ də davam etdiyini yazıb.
Kerri 2021-ci ilin noyabrında etimad vasitəsilə doqquz otaqlı, 13 hamamdan ibarət malikanəni satın alıb. Mülkdə uşaq meydançası, hovuz və tennis kortu var.