Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ət bahalaşdı - Yeni qiymət - VİDEO

Azərbaycanda ət bahalaşdı - Yeni qiymət - VİDEO

Tarix: 16 Avqust 2022 21:54

Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.  

Satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub. Bəs bahalaşmanın səbəbi nədir?

Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.


Etiketlər:  Azərbaycanda bahalaşdı Yeni qiymət VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ