Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz

Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz

Tarix: 16 Avqust 2022 22:48

Kürək ağrıyan zaman masaj etmək və həmin yeri isitmək qəti qadağandır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-revmatoloq, nevropatoloq Pavel Yevdokimenko xəbərdarlıq edib.

"Kəskin ağrı zamanı çoxları belini qızdırır, masaj etdirirlər. Bunu etmək qətiyyən olmaz. İltihab daha da güclənə bilər. Təxminən 30 faiz hallarda xəstələrdə yaxşılaşma görünə bilər, amma 70 faizində əksinə, vəziyyəti pisləşə bilər", - deyə o izah edib.

Həkim belə vaxtlarda kürəyi dəstəkləmək üçün korset taxmağı tövsiyə edib.

"Quru istilik də mümkündür, məsələn, yundan hazırlanmış xüsusi kəmər yaxşı kömək edir", - deyə mütəxəssis əlavə edib.

O, kürəkdə baş verən hər kəskin ağrının potensial təhlükədən xəbər vermədiyini vurğulayıb, bununla belə, ağrılara laqeyd yanaşmamağa çağırıb.

"Xüsusilə ağır işdən sonra yaranan ağrı disk yırtığından xəbər verə bilər ki, bu da ciddidir. Amma indi, xüsusən yayda bel əzələləri sıxılmış xəstələr çox olur. Bu, güclü, kəskin ağrı verir, adama elə gəlir ki, nəsə qırılıb, dəhşətli bir şey var. Bu, öz-özünə keçə bilər, ancaq təxminən 30% pasiyentdə xroniki hala çevrilir", - deyə revmatoloq bildirib.

Belə hallarda həkim MRT-ni tövsiyə edib.

"Əgər bu mümkün deyilsə, ağır yüklənmədən çəkinməli və allergiyanız yoxdursa, iltihab əleyhinə dərmanlar qəbul etməlisiniz. Ancaq üç-dörd gündən sonra yenə ağrı varsa, MRT etməlisiniz", - deyə Yevdokimenko sözlərini yekunlaşdırıb.


Etiketlər:  Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ