Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 00:50
İtaliya futbolunun əfsanələrindən olan Françesko Totti və bir müddət əvvəl 20 illik evliliklərinə son qoymağa qərar verən həyat yoldaşı İlari Blasi haqqında "xəyanət" iddiası irəli sürülüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, italyan model İlari Blasi şəxsi məşqçisi Kriştiano İovino ilə 20 illik həyat yoldaşı və 3 uşağının atası Françesko Tottini aldadıb. İyulun 13-də verdiyi açıqlama ilə evliliklərini bitirdiklərini açıqlayan məşhur cütlük rəsmi olaraq boşanıb. İtaliya mətbuatı bu ayrılığın pərdəarxasının aldatma hekayəsi olduğunu yazıb.
"Roma"nın əfsanəsi Tottinin bir müddətdir şübhələndiyi həyat yoldaşının şəxsi məşqçisi Kriştiano İovino ilə telefonunda nalayiq mesajlar tapmasından sonra Blasidən boşandığı iddia edilib. Françesko Totti ilə İlari Blasi arasındakı evliliyi bitirən dönüş nöqtəsinin Kriştiano İovino olduğu bildirilir.
"Corriere della Sera"nın iddiasına görə; 45 yaşlı Françesko Totti ayın 15 gününü Milanda işləyən həyat yoldaşı, 41 yaşlı İlari Blasinin tez-tez Kriştiano İovino ilə vaxt keçirməsi narahat edib. Daha sonra mobil telefonunda tapdığı qarşılıqlı mesajlarla bu münasibətə son qoymaq qərarına gəlib.
İtaliyada bu xəyanət xəbəri gündəmdə olsa da, tərəflərdən mövzu ilə bağlı açıqlama verilməyib. Digər tərəfdən, "Roma" tərəfdarları sosial mediada "xəyanət" iddiası ilə Tottini əsəbləşdirən Kristiano Iovinoya təpki göstərib.
Totti, iyul ayında verdiyi boşanma bəyanatında keçmiş həyat yoldaşına hörmət etməyə davam edəcəyini ifadə etmiş və bu ifadələri işlətmişdi: "Evliliyimizdə keçdiyimiz böhranlardan çıxmağa çalışdım, amma bu gün başa düşürəm ki, ayrılmaq seçimi acı da olsa qaçılmazdır. Son aylarda dediyim və etdiyim hər şey uşaqlarımızı və ailəmizi qorumaq üçün olub. Onların gələcəyi mənim üçün çox vacibdir. Bu, həmişə həyatımın mütləq prioriteti olaraq qalacaq. Üç gözəl övladımızla böyüdükcə mən İlariyə yaxın idim. "Mən bundan sonra da olacağam və həmişə ona hörmət edəcəm. Şəxsi həyatımıza və xüsusən də uşaqlarımızın dünyasına hörmət edirəm".