Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 11:08
"Krımdakı partlayışlar təkrarlana bilər".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "The Guardian" nəşrinə müsahibəsində deyib.
"Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam", - o bildirib.
Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: "Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir".