Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Okeanda tullantı “şleyfi” peykdən izlənilir - FOTO

Okeanda tullantı “şleyfi” peykdən izlənilir - FOTO

Tarix: 17 Avqust 2022 15:32

Hər dəqiqə təxminən bir yük maşını dolusu plastik tullantı okeana axır.

Bu barədə Avropa Kosmik Agentliyi xəbər yayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, bunun ekologiyaya vurduğu zərərin təsirini azaltmaq üçün qurum müxtəlif yollara baş vurur.

Bunlardan biri də okeana daxil olan tullantıları izləmək üçün peyklərdən istifadəni nəzərdə tutan MARLISAT layihəsidir.

Alimlər daha yaxşı nəticə üçün zibillərin arasına onlarla eyni yolu gedən xüsusi taxta buylar (gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzgəc - red.) yerləşdiriblər. Buylardan göndərilən siqnallar alimlər tərəfindən təhlil edilir və tullantıların okeanda istiqamətini, harada toplandığını proqnozlaşdırmağa imkan verir.

Mütəxəssislərin fikrincə, zibil onun içinə düşən heyvanların ölümünə səbəb olur. Bundan əlavə, tullantılar ultrabənövşəyi radiasiyadan təsirlənir, kimyəvi proseslər stimullaşdırılır, bunun nəticəsində toksinlər buraxılır.

MARLISAT layihəsinin okeandakı tullantıların miqdarını azaldacağına ümid edilir.


Etiketlər:  Okeanda tullantı şleyfi peykdən izlənilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ