Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücü sükan arxasında yuxuya gedib və oyanmadan maşını 25 kilometr sürüb

Sürücü sükan arxasında yuxuya gedib və oyanmadan maşını 25 kilometr sürüb

Tarix: 17 Avqust 2022 20:58

Belçikada 41 yaşlı kişi sükan arxasında yuxuya gedib və oyanmadan 25 kilometr yol qət edib.

Milli.Az bildirir ki, bu barədə "Times Now News" xəbər verir.

Hadisə avqustun 14-də Belçikanın Leuven şəhərinə gedən yolda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil sabit sürətlə hərəkət zolağı ilə soldan sağa dəyişirdi. Yuxuda maşın sürən sürücü haqda təcili yardım və polisə xəbər verilib.

Maşını saxlayanda polis həmin şəxsin hələ də yatdığını müəyyən edib. Tibbi ekspertiza onun xəsarət almadığını təsdiqləyib.

Hüquq-mühafizə orqanları qəzanın qarşısının avtomatlaşdırma sayəsində alındığından şübhələniblər. Maşın hərəkət zolağından kənara çıxmağın qarşısını alan zolaq saxlama sistemi ilə təchiz edilib. Bu arada, kruiz kontrol sabit sürəti qoruyub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Sürücü sükan arxasında yuxuya gedib oyanmadan maşını 25 kilometr sürüb


RƏYLƏR