Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 09:00
"Viktoriya"nın (Plzen, Çexiya) qapıçısı Yindrjix Stanek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri matç haqqında danışıb.
7 seyv edərək komandasını real qollardan qurtaran qolkiper klubun rəsmi saytına açıqlamasında deyib:
"Qarabağ"la oyunda çox iş görməli olacağımı əvvəlcədən gözləyirdim. "Qarabağ" inanılmaz dərəcədə yüksək səviyyəli, keyfiyyətli komandadır. Onların futbolçularının fərdi ustalıqları möhtəşəmdir. Cavab oyununu evdə keçirəcəyik. Doğma meydanda oynamaq hissi həmişə yaxşıdır. İnanıram ki. azarkeşlərimizin qarşısında qələbə qazanaraq Çempionlar Liqasının qrupuna düşəcəyik".
Qapıçı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə cavab görüşünü buraxacaq kapitan Lukaş Heyda üçün məyus olduğunu bildirib: "O, bizim kapitanımızdır. Lukaş ən yaxşı müdafiəçimiz, əsas oyunçumuzdur. Amma komandamızda elə keyfiyyətli futbolçular var ki, Lukaşı əvəz edə bilərlər".
Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.