Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artyom Dzyuba Türkiyə klubuna keçib

Artyom Dzyuba Türkiyə klubuna keçib

Tarix: 18 Avqust 2022 22:58

Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" komandasına keçib.

Milli.Az "Report"a istinadən bildirir ki, 34 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsində "Zenit" olub.

Milli.Az


Etiketlər:  Artyom Dzyuba Türkiyə klubuna keçib


RƏYLƏR