Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş kürəkənini 50 min dollara öldürtdürdü

Keçmiş kürəkənini 50 min dollara öldürtdürdü

Tarix: 19 Avqust 2022 19:46

Moskva prokurorluğundan verilən məlumata görə, sifarişçi və adam oğurlanması və öldürülməsinin dörd iştirakçısı məhkəmə qarşısına çıxarılacaq.

Sonxeber.net bildirir ki, istintaqın məlumatına görə, moskvalı keçmiş kürəkənini fiziki cəhətdən aradan qaldırmaq üçün qatilləri tutub.

"Keçmiş kürəkəninə qızı ilə münasibəti, əmlakın bölünməsi ilə bağlı məhkəmə çəkişmələri, habelə uşaqların böyüdülməsi və yaşadılması məsələlərində fikir ayrılığı səbəbindən şəxsi ədavət yaşayan sifarişçi tanışına 50 min ABŞ dolları pul mükafatı qarşılığında keçmiş kürəkənini öldürmək təklifi ilə müraciət edib. Cinayətkar üç tanışını cinayətin törədilməsinə cəlb edib", - deyə məlumatda bildirilir.

Martın 4-də günorta saatlarında Moskvanın Marşal Tuxaçevski küçəsində cinayətkarlar Xoroşevski Rayon Məhkəməsinin qarşısında öz qurbanlarına hücum ediblər. Adamı elektroşokerlə hərəkətsizləşdirdikdən sonra onu maşına mindirərək Krasnoqorskdakı "Zenit" qaraj-tikinti kooperativinə aparıblar və təhlükəsizlik kəməri ilə boğub öldürüblər.

Onlar sifarişçiyə göstərmək üçün meyiti qarajda gizlədiblər. Keçmiş kürəkəninin ölümünə əmin olduqdan sonra moskvalı Rusiyanı tərk etməyə çalışsa da, Belorusski dəmiryol vağzalında saxlanılıb.

Prokurorluq xəbər verir ki, oğurluq zamanı telefonla danışdığı mərhumun atası baş verə biləcək cinayət barədə polisə məlumat verib.

Sifarişçi və cinayəti törədən 4 nəfər tutulub. Onlar rolundan və iştirak dərəcələrindən asılı olaraq Cinayət Məcəlləsinin fərqli maddələri ilə ittiham olunub. Cinayət işi Moskva Vilayət Məhkəməsinə göndərilib.

İrfan Vəliyev


Etiketlər:  Keçmiş kürəkənini dollara öldürtdürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ