Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 17:22
Azərbaycanda rəsmən qeydə alınan abort sayında kəskin artım baş verib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci ildə 47 min abort qeydə alınıb, 2020-ci ildə bu rəqəm 34 min 700 olub.
Müqayisə bir ildə abort sayının 12 mini keçdiyini deməyə əsas verir.
Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim -mamaginekoloqu Xəyalə Təhməzova bildirib ki , abortların artmasının ana və döl tərəfdən olan göstərişlər, anada olan müxtəlif xəstəliklər, digər orqan xəstəlikləri, inkişafdan qalma halları, ailə vəziyyəti və s. səbəbləri var.
Həkim-mamaginekoloq xüsusilə də selektiv abortların fəsadları ilə bağlı daim monitorinqlərin aparıldığını bildirib.
"Hamiləliyin həftəsi nə qədər böyük olarsa, abortun fəsadı da o qədər böyük olar",- deyə o vurğulayıb.
Qeyd edək ki, ötən il Azərbaycanda hər 1000 qadına 18 abort düşüb. 2020-ci ildə bu rəqəm 13.3 idi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: