Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 14:38
Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.
Belə ki, Mariupolda 1 yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.
Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenskinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha 3 uşaq ağır yaralanıb.
Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq-red), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.